“Hazırda Zığ sürüşmə sahəsində aktivlik müşahidə olunur. Bundan başqa, Masazırda lokal sürüşmə sahələrində çökmə-oturma prosesi qeydə alınıb”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.
O qeyd edib ki, Sabunçu rayonundakı Şuşa şəhərciyi və Savalan yaşayış massivində qrunt sularının səviyyəsinin qalxması nəticəsində ətraf əraziləri su basıb.
APA