Ukrayna dairəsi təhlükəli zonaya çevrilib…

0
3

Xətai rayonu ərazisində yerləşən Ukrayna dairəsi şəhərimizin ən böyük meydanlarından biri sayılır. Bura həm də avtomobillərin hərəkətinin intensivliyi ilə seçilir. Dairədə hərəkətin düzgün tənzimlənməməsi qəzaların sayını xeyli çoxaldıb.

Ərazi sakinləri Ukrayna dairəsinin təhlükəli zonaya çevrilməsi barədə həyəcan təbili çalmaqdadırlar. Bu ərazidə piyadaların hərəkəti-yol keçmələri risklidir. “Zebra”ların sıradan çıxması təhlükəni daha da artırır. Düşünürük ki, bu işə məsul qurumlar Ukrayna dairəsinə baxış keçirib həm avtomobillərin, həm də piyadaların təhlükəsiz hərəkət etmələri üçün tədbir görəcəklər.

Nicat