MTN işinin araşdırılması bir çox qaranlıq məqamlara aydınlıq gətirir. Sabiq MTN generalı Akif Çovdarovun Tağı Əhmədovdan 3 milyon rüşvət alması da təsdiqini tapdı. Görünən odur ki, sabiq MTN-çilər “yeraltı dünyası”nın sabiq rəhbərini rüşvət almaqla cəzalandırmaqla kifayətlənməyib, onun vəzifəsindən azad olunmasında da fəallıq göstəriblər.
Xatırlayırsınızsa, T.Əhmədovun metropolitenə rəhbərlik etdiyi zaman elektrik enerjisi tez-tez kəsilir, qatarların bir müddət tunellərdə dayanması halları baş verirdi. Belə halların bir neçə dəfə təkrarlanmasından sonra T.Əhmədov vəzifəsindən azad edildi. Onun yerinə məhz keçmiş “energetik”in təyin olunması bir qədər şübhələr yaratdı. Hətta yeni rəisin A.Çovdarovla əlaqələrindən də xəbərlər sızmağa başladı. İtirən isə “yeraltı dünya” oldu. Metropoliten sistemini incəliklərinə qədər bilicisi olan “Metro” Tağının yola salınması həmin təsərrüfatı bərbad vəziyyətə gətirdi.
Söylənilənlərə inansaq, metropolitenin T.Əhmədovdan sonrakı rəhbərliyi hər ayın başında A.Çovdarovun əlini “sıxmalı” olurmuş. Yeni rəis yaxşı bilirdi ki, energetika sahəsinin kuratoru olan sabiq MTN generalı istənilən an metronu işıqsız qoya bilər. Bəli, MTN T.Əhmədovu cəzalandırıb. İndi bağlanmış ANS telekanalının sabiq rəisi hədəfə almaq göstərişi də MTN-dən gəlmişdi ya yox, bu sualın da tezliklə cavabı tapılacağına inamım böyükdür.
Turan Türk