Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarətdir.
Şura öz fəaliyyətinə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elm müəssisələrini cəlb edə bilər, habelə ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.
Şuranın sədri
Əli Əhmədov – baş nazirin müavini
Şuranın sədr müavini
Şahin Mustafayev – iqtisadiyyat naziri
Şuranın üzvləri:
Tahir Budaqov – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri
Hicran Hüseynova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Vaqif Əliyev – Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini
Mahmud Məmməd-Quliyev – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Elsevər Ağayev – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
İdris İsayev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Ceyhun Bayramov – Azərbaycan Respublikası təhsil nazirinin müavini
Rauf Hacıyev – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
İntiqam Babayev – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Seyfəddin Talıbov – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Toğrul Musayev – Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Fuad Hüseynov – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini.