Norvecin Bergen Universiteti alimləri araşdırmalar nəticəsində belə nəticəyə gəliblər ki, siqaret çəkən ataların uşaqlarında astma xəstəliyinin inkişafı riski heç vaxt siqaret çəkməyən kişilərin uşaqları ilə müqayisədə bir neçə dəfə çoxdur.
Maraqlıdır ki, keçmişdə siqaret çəkən, lakin uşaq dünyaya gələn zamanda siqaretdən imtina edən kişilərin uşaqlarında bu risk yüksək olur.
DailyMail xəbər verir ki, ataları 15 yaşına kimi siqaret çəkməyə başlayan uşaqlarda astmaya xüsusilə tez-tez təsadüf edilir.
Həmçinin uşaqlarda astmanın inkişafı riski atalarında siqaret çəkmək “stajı” ilə də əlaqəlidir. Bu “staj” nə qədər çoxdursa, risk də bir o qədər də çox olur.
Alimlərin fikirinə görə, siqaret çəkmək kişi spermasında pozulmalara səbəb olur ki, bu da gələcəkdə onun uşaqlarında astma xəstəliyinin riskinin artmasına səbəb olur.