Həmin obyektlərin siyahısını təqdim edir:
1. Heydər Əliyev adına Neft Emalı Zavodu (istehsalat sahələri)
2. Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu
3. Su təchizatı sistemləri
4. Yüksək Texnologiyalar Parkı (Pirallahı rayonu)
5. Müdafiə və təhlükəsizlik orqanlarının hərbi hissələri
6. Xüsusi təyinatlı təhsil (təlim) müəssisələri, idarələri, təşkilatları
7. Silahlı qüvvələrin döyüş mövqeləri, idarəetmə məntəqələri, telekommunikasiya qurğuları, radiotexniki sistemlər, bazalar, poliqonlar və hərbi təyinatlı digər qurğular, döyüş sursatlarının, partlayıcı, radioaktiv, kimyəvi, bakterioloji və zəhərli maddələrin istehsalı və saxlanılması müəssisələri.
8. Dövlətin müdafiəsi və sərhəd təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edən obyektlər
9. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər dəniz limanları, gəmilər üçün yanalma körpüləri, mayaklar
10. Bakı Gəmiqayırma Zavodu, gəmi təmiri zavodları
11. Sumqayıt çirkab sutəmizləyici qurğusu (mövcud)
12. Lökbatan çirkab sutəmizləyici qurğusu (mövcud)
13. Bayıl Qəsri
14. Əl Oyunları Stadionu
15. Bakı Dəniz Vağzalının binası.
Qeyd edək ki, xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, sahilboyu 20-50 metrlik zolağın altında olan torpaq sahəsinin dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanmasına o halda yol verilir ki, hasar və ya bağlanma üçün istifadə edilən tikinti konstruksiyaları qəfəsəli olmaqla, sahil tərəfdən dənizin və onun sahilində su ilə qurunun təmas xəttinin görünməsini məhdudlaşdırmasın və həmin hasarın və ya tikinti konstruksiyasının sahilboyu uzunluğunun hər 200 metrindən bir dövlət sərhədinin mühafizəsinin təmin olunması məqsədi ilə nəqliyyat vasitələrinin hərəkəti üçün yetərli olan eni 6 metrdən az olmayaraq sahilə birbaşa keçid təmin olunsun.
AzNews.az