Sabah hava necə olacaq?

0
1

Sentyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 19-21, gündüz 23-27, Bakıda gecə 19-21, gündüz 25-27° isti olacaq.

Azərbaycanın rayonlarında isə hava əsasən yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 25-30, dağlarda gecə 9-14, gündüz 15-19° isti olacaq.