Novxanıda partlayış:azyaşlının barmaqları amputasiya olundu

0
1
Novxanı bağlar yaşayış sahəsində partlayış olub.

 

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən məlumat verir ki, sentyabrın 20-də Abşeron rayonunun Novxanı bağlar yaşayış sahəsində yaşayan azyaşlı Zöhrab Qurbanovun məişət tullantıları sahəsindən tapdığı naməlum əşyanın partlaması nəticəsində əlinin 2 barmağı amputasiya olunub.

Araşdırma aparılır.