“Aydın məsələdir ki, dollar iki manatı keçəcək” –Ekspertdən proqnoz

0
6

“Manat öz bazar dəyərini tapana kimi, ucuzlaşa -ucuzlaşa gedəcək”.

Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov ABŞ-ın Federal Ehtiyatlar Sistemi FED-in bu həftəki faiz qərarının nəticələri haqda danışarkən deyib.

Əkrəm Həsənov bildirib ki, FED uçot dərəcəsini qaldırsa dolların dünyada bahalaşması gözlənilir:

“Xatırladım ki FED axırıncı dəfə ötən ilin sonunda faiz dərəcəsini qaldırdı. Bundan dərhal sonra bizdə ikinci devalvasiya oldu. Təbii ki, bizdə ikinci devalvasiya yalnız bununla bağlı deyildi.

Başqa səbəbləri də var idi. Ümumən valyuta gəlirlərimizin azalması ilə bağlıydı. Dollar bahalaşırsa, deməli, manat daha da ucuzlaşacaq. Bunun mənfi təsirləri olacaq”.

Ekspertin sözlərinə görə, yaxın 6-7 ayda manat xeyli ucuzlaşacaq:

“Bu birdən də ola bilər, tədricən də. Yay ərzində manat 10 faiz ucuzlaşıb.

Məsələn, mayda birdən-birə 10 faiz ucuzlaşsaydı, hamı deyəcəkdi ki, manat ucuzlaşdı. Amma bunu tədricən etdilər. Aydındır ki, manat öz bazar dəyərini tapana kimi, ucuzlaşa -ucuzlaşa gedəcək. Bazar dəyərini konkret demək mümkün deyil.

Bazar deyiriksə, elə qiyməti bazar müəyyən etməlidir. Amma aydın məsələdir ki, dollar iki manatı keçəcək. Bu proses hələ ki davam edir”.

Qaynarinfo.az