“İnternational Medical Center” klinikasında ÖLÜM – 25 yaşlı qız əməliyyatdan sağ çıxmadı

0
5

Bakıda özəl xəstəxanada pasiyent cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.

Bu barədə “Report”a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.
Belə ki, “İnternational Medical Center” klinikasında 25 yaşlı Şəhla Əliyeva əməliyyat zamanı vəfat edib.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.