“Azərbaycanın dövlət başçısı İlham Əliyev FETÖ-yə qarşı lazımi tədbirləri görür”.
Bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman deyib.
“Azərbaycan bizim doğurdan da “Bir millət, iki dövlət” şüarı ilə birlikdə olduğumuz qardaş ölkədir. O cür insanların fəaliyyətlərinə icazə verməsinlər. FETÖ “sülh, mülayim islam” maskalarının arxasında böyük dövlətlərə xidmət edən zavallı bir qrupdur”, – deyə İsmayıl Qəhrəman bildirib.
“İlham Əliyev böyük dövlət xadimidir, lazımi tədbirləri görür. Bir çox platformada biz Azərbaycanla bir yerdəyik, bir-birimizi kürək-kürəyə, çiyin-çiyinə dəstəkləyirik və dəstəkləməyə davam edəcəyik”, – deyə Türkiyə Böyük Millət Məclisinin sədri vurğulayıb.
APA