Paytaxtda təcili yardım maşını qəza törədib.
“Report”un xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda, Atatürk prospekti ilə Məmməd Araz küçəsinin kəsişməsində qeydə alınıb.
Məlumata görə, “Medical plaza” klinikasına məxsus “Təcili tibbi yardım” avtomobili işıqforun sarı işığından keçərkən “Lexus” markalı minik avtomobilinə çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb. Hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.
Qeyd edək ki, “Təcili tibbi yardım” avtomobilində dərman preparatları daşınırmış.