Sabah bidirişlərin seçicilərə paylanması prosesi başa çatır –Referendumla əlaqədar

0
3

Sabah Konstitusiyada dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar referendum üzrə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bidirişlərin seçicilərə paylanması prosesi başa çatır.  

Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”na əsasən məntəqə seçki komissiyaları səsvermə gününə 7 gün qalanadək referendum üzrə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bidirişlərin seçicilərə paylanması prosesini başa çatdırmalıdır.

Referendumla əlaqədar bu müddət sabah, sentyabrın 7-də başa çatır.  (APA)