Şirvan polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən şəhər sakini, 24 yaşlı Kamran Babayev saxlanılıb.
Trend xəbər verir ki, K.Babayev Şirvan şəhəri, Təbriz küçəsi, 20 ünvanında yerləşən mənzilə basqın edərək, evdəki azyaşlıya xəsarət yetirib, oradan 10 min manat nağd pul və min manat dəyərində qızıl-zinət əşyaları götürüb.
Faktla bağlı Şirvan polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. Onun barəsində Şirvan şəhər məhkəməsi tərəfindən həbs-qətimkan tədbirinin seçilməsi gözlənilir.