Dövlət Statistika Komitəsi nəqliyyat, poçt və rabitə qiymətləri indekslərini açıqlayıb.
“APA-Economics” komitənin açıqladığı statistika məlumatlara istinadən xəbər verir ki, 2016-cı ilin avqust ayında nəqliyyat xidmətləri əvvəlki ayla müqayisədə 1,9%, o cümlədən yükdaşıma xidmətləri 2,2%, sərnişindaşıma xidmətləri isə 0,7% bahalaşıb.
Ay ərzində poçt və kuryer xidmətlərinin qiymətləri 0,1% artıb, rabitə xidmətlərinin qiymətlərində isə dəyişiklik müşahidə olunmayıb.