Ağ Evdən bəyanat:”ABŞ-ın quru qoşunları Türkiyəyə dəstək verməyə hazırdır”

0
5

Rəsmi Vaşinqton Suriyada İŞİD terror qruplaşması ilə mübarizə aparan Türkiyəyə quru qoşunları ilə dəstək verməyə hazırdır.

Bunu ABŞ prezidentinin mətbuat katibi Coş Ernest bəyan edib.

“ABŞ Türkiyəyə müxtəlif üsullarla dəstək göstərə bilər. O cümlədən Suriyada İŞİD-ə qarşı quru əməliyyatlarına qoşulmaqla”, – deyə C.Ernest bildirib.

ABŞ rəsmisinin sözlərinə görə, bu səylərin məqsədi Türkiyə-Suriya sərhədində təhlükəsizliyi gücləndirmək və zorakılığa son qoymaqdır. (APA)