Türkiyənin tanınmış aktyoru Tarık Akan vəfat edib.
Bir müddət əvvəl ağciyər xərcənginə tutulan və İstanbulda müalicə alan aktyorun vəziyyəti gecə ağırlaşıb. Səhərə yaxın isə Tarık Akan dünyasını dəyişib.
Qeyd edək ki, “Yeşilçam” filmlərinin ən yaraşıqlı aktyoru sayılan Akının 66 yaşı var idi.