Bu sözləri Modern.az-a açıqlamasında ehtiyatda olan general-leytenant, Azərbaycanın Çindəki keçmiş hərbi attaşesi, general Yaşar Aydəmirov deyib.
General-leytenant bildirib ki, Ermənistandakı “İsgəndər” raketləri içi boş olan korpuslardır və bu Azərbaycanı qorxuda bilməz:
“Hələ bilmək olmaz Ermənistanın sabah paradda nümayiş etdirəcəyi həmin raketlər həqiqətən “İsgəndər”in özüdür yoxsa sadəcə içi boş korpuslarıdır.
Digər tərəfdən isə bu gün Azərbaycan silahlı qüvvələrinin hava hücumundan müdafiə qoşunlarının İsgəndər raketinə qarşı cavab verə biləcək çox güclü müdafiə sistemləri və arsenalı var. Qəti şəkildə bunun Azərbaycanda qarşı heç bir hərbi təhdidi, riski və qorxusu ola bilməz. Ermənilər hansı adımı atsa biz hər zaman buna adekvat, qabaqlayıcı və irəliləyici addımlar atırıq”.
Yaşar Aydəmirov söyləyib ki, Rusiya Ermənistana İsgəndər raketini satmaz:
“Ümumiyyətlə, Ermənistanda həmin “İsgəndər” raketlərinin özünün əslinin olmasına inanmıram. Çünki Rusiya heç vaxt Ermənistana bu raketləri sata bilməz. Ən azı ona görə ki, Rusiya dəfələrlə bəyan edib ki, “İsgəndər” raketini satmayacaq”.
Ehtiyatda olan general-leytenant hesab edir ki, Ermənistandakı bu raketlər Rusiyanın ola bilər:
“Ola bilsin ki, Rusiya Ermənistandakı hərbi bazalarında İsgəndər raketlərini yerləşdirib, amma satması inandırıcı deyil. Çünki bu raketlərin qiyməti çox bahadır və Ermənistan heç vaxt bunu ala bilməz”.