Avstriyanın “Austal” gəmiqayırma şirkəti “Rəşid Behbudov” adlı yeni 70 metrlik sürət sərnişin gəmisini sifarişçi “Caspian Marine Services” (CMS) şirkətinə təhvil verib.
Trend-in “Austal”a istinadən verdiyi məlumata görə, gəmi Xəzərdəki neft-qaz layihələrində iş üçün nəzərdə tutulub.
Müqavilənin dəyəri təqribən 34 milyon dollar təşkil edib.