Virusa yoluxan smartfonların sayı96 faiz artıb

0
6

“Nokia” şirkəti smartfon və başqa cihazların virusa yoluxması barədə məlumatları özündə əks etdirən “Threat Intelligence Report” adlı hesabatını təqdim edib. Hesabata əsasən, 2016-cı ilin ilk yarımilliyində virusa yoluxan mobil qurğuların sayı 96 faiz artıb.

Azərtac “psm7.com” saytına istinadən xəbər verir ki, 2016-cı ilin aprelində haker proqramlarından istifadə artıb. Bu ayda 1.06 faiz smartfon zərərli proqram təminatı tərəfindən virusa yoluxdurulub. Əksər hallarda mobil qurğular özündə troyan saxlayan SMS mesajlar, pul qoparan proqramlar, zəhlətökən reklam və fərdi məlumatların oğurlanması üçün qanunsuz həllərin hücumuna məruz qalıb.

Finlandiya şirkətinin hesabatına əsasən, 2015-ci ilin ikinci yarımilliyi ilə müqayisədə mobil şəbəkədə virusa yoluxmuş cihazların sayı 20 faiz, stasionarda isə 11 faiz yüksəlib. Əksər hallarda “Windows” əməliyyat sistemi ilə işləyən fərdi kompyuter və noutbuklar, həmçinin mobil qurğular virusa yoluxur.