Ordinari:”Roma Papası Azərbaycanı tolerant ölkə kimi qəbul edir və qiymətləndirir”

0
3

“Roma Papası Fransiskin Azərbaycana münasibəti çox yaxşıdır”.

Bu sözləri Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Roma Papası bu ilin mart ayında Vatikanda Azərbaycan prezidenti və xanımı ilə görüşüb: “Roma Papasının Azərbaycana səfəri ölkədə elan olunmuş multikulturalizm ilində baş tutur. O, burada bütün dinlərin nümayəndələri ilə görüşəcək. Papa Azərbaycanı tolerant ölkə kimi qəbul edir və qiymətləndirir”. (APA)