Türk Hava Yollarının (THY) sentyabrın 13-də səhər saatlarında İstanbul-Porto reysi ilə yola düşən sərnişin təyyarəsi uçuşdan az sonra havaya qalxdığı İstanbulun Atatürk Hava Limanına qəza enişi ilə geri dönüb.
Bu barədə “Anadolu” xəbər verib.
Məlumata görə, göyərtəsində 134 sərnişinin olduğu “Boinq 787-800” tipli hava gəmisinin salonunda oksigen çatışmazlığı qəza enişinə səbəb olub. Qəza enişi problemsiz başa çatıb. Sərnişinlər isə başqa bir reyslə Portoya yola salınıb.