Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-ı tənqid edib.
Baş nazir ölkədə indiyə qədər dövlət idarəçiliyi sistemində qanunsuz addım atılmadığını bildirib:
“Heç bir güc min illərdir bu torpaqlarda azad yaşamış bu milləti bölməyə, bir-birindən ayırmağa, Anadolunu parçalamağa qadir deyil. Hər kəs öz işini görsün. Biz ölkəmizdə qanunların, qaydaların necə işlədiyini başqalarından öyrənəsi deyilik. Hər şey qanunla tənzimlənir. Türkiyənin bu mövzuda kimsədən dərs almağına da ehtiyac yoxdu”.
Xatırladaq ki, rəsmi Vaşinqton Türkiyədə bələdiyyə sədrlərinin seçkisiz təyinatını tənqid etmişdi.