Bayram günlərində çox ət və şirniyyat qəbulundan sonra nə etmək lazımdır? –Dietoloqdan məsləhət

0
3

“Qurban bayramı günlərində bol miqdarda yeyilən ətdən və şirniyyatdan sonra limon və sirkədən istifadə olunmalıdır”.

Bunu dietoloq Dərya Zünbülcan deyib.

O,  bildirib ki, ət yedikdən sonra müləq limondan, şirniyyat qəbulundan sonra isə sirkədən istifadə olunmalıdır: “Artıq istifadə olunan yağ və duz insanın bədənində qan təzyiqini artırır, hipertoniya, infark kimi problemlərə yol açır. Bayram tətilini artıq çəki almadan və xəstələnmədən keçirmək üçün yeməkdən sonra limon və sirkə istifadə etmək vacibdir.

Limon antioksidant qidadır və ətin zərərli təsirlərini yox edir. Yağları əridir, dərini canladırır, orqanizmi dezinfeksiya edir. Çox ət yeyən insanlar nizamlı şəkildə limondan istifadə etməlidirlər”.

Dietoloqun sözlərinə görə, limon qanın sulanmasını artırdığı üçün qan sulandıran dərmanlar və ya təzyiq dərmanı qəbul edənlər limon istifadəsi ilə bağlı həkimlə məsləhətləşməlidirlər.

Həkim qeyd edib ki, normadan artıq şirniyyat yeyənlərin  qidadan sonra sirkə və ya darçınlı süd içmələri tövsiyə olunur.

Dietoloq gün ərzində bir dəfədən artıq ət istifadə etməyin məsləhət olmadığını bildirib: “gün ərzində az-az tez-tez qidalanmaq lazımdır. sadəcə bir dəfə, amma çox yemək qəfil ürək tutmalarına səbəb ola bilər”.

O əlavə edib ki, 100 qram paxlavada 410, 100 qram halvada 304, bir kasa puddinqdə 350 kalori var. (Report)