“ABŞ-ın Ankaradakı səfiri bunu öyrənə bilməyibsə, səbrlə ona öyrədərik. Nə də olsa, baş müəllimimizdir, dünyanın ən yaxşı müəllimidir”.
Bu sözləri Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ ABŞ-ın tənqidlərini şərh edərkən deyib.
O, Türkiyənin müstəqil, güclü və böyük bir dövlət olduğunu xatırladıb:
“Türkiyənin qanunlarını heç bir ölkədən icazə almadan, xalqın iradəsi ilə seçilmiş Milli Məclis üzvləri təyin edir. Türkiyə qanun qəbul edərkən heç bir ölkənin təklifinə, müdaxiləsinə icazə verməz, verə bilməz. ABŞ-ın Ankaradakı səfiri bunu öyrənə bilməyibsə, səbrlə ona öyrədərik. Nə də olsa, baş müəllimimizdir, dünyanın ən yaxşı müəllimidir”(Axar.az).
Xatırladaq ki, ABŞ-ın bu ölkədəki səfirliyi Türkiyənin PKK-ya maliyyə və digər dəstək verən bəzi bələdiyyələrə “Qəyyum ataması”na etiraz edən bəyanat yayıb. Bildirilib kİ, bu, seçilənlərin hüquqlarına ziddir: “İnanırıq ki, bu qərar keçicidir və yaxın günlərdə aradan qaldırılacaq”.
Strateq.az