BŞBPİ-dən Milli Şuranın mitinqi ilə bağlı – Açıqlama

0
5

Bakı Şəhər Baş Polis İdasəri Milli Şuranın bu gün keçirdiyi mitinqlə bağlı rəsmi məlumat yayıb.

Məlumatda qeyd olunub ki, sentyabrın 11-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı “Məhsul” stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

BŞBPİ-nin məlumatına görə, saat 17.00-dan 19.00-dək davam edən toplantıda həmin quruma daxil olan ayrı-ayrı partiyaların və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 2500 (iki min beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.