Alimlərin fikrincə, planetimizin fırlanma sürətinin azalması da bununla bağlıdır
Planetimizin nüvəsi tərpənib. Bunu Rusiya Elmlər Akademiyasının Tomskdakı İqlim və Ekoloji Sistemlərin Monitorinqi İnstitutunun əməkdaşları müəyyən ediblər.
Moderator.az bu haqda “Moskovski komsomolets”ə istinadla yazır. Alimlərin sözlərinə görə, Yerin nüvəsi Şimal, yaxud Cənub qütbünə doğru 200 metrədək yerini dəyişib. Tədqiqatçılar planetin nüvəsinin illik yerdəyişmə siklini təhlil edəndən sonra belə nəticəyə gəliblər. Bundan öncə heç kəs Yerin fırlanma sürətinin dəyişməsi hallarını izah edə bilmirdi. Belə ki, Yer bəzən saniyənin müəyyən hissəsi qədər gec fırlanır və bu səbəbdən bəşəriyyət saatlarını düzəltməli olur. Tomsk alimlərinin sözlərinə görə, buna səbəb məhz planetin nüvəsinin yerdəyişməsidir. Bu da mantiya təbəqəsinin xüsusuyyətlərindən yaranan təbii bir prosesdir.
Sözügüdən prosesləri öyrənmək üçün işlədilən “MQR-01” cihazı da Rusiya alimləri tərəfindən hazırlanıb. Cihaz Yer nüvəsinin hərəkətini elektromaqnit dalğalarını qeydə almaqla müəyyən edir. “MQR-01” digər ölkələrdəki analoqlarını üstələyir. Bu cihazın faydalı qazıntı yataqlarının kəşfiyyatı və zəlzələlələrin proqnozlaşdırılmasında da uğurla tətbiq edilməsi gözlənilir.