Qırğızıstan prezidentinin qızı bu yaxınlarda ərə getdiyini bildirib.
Strateq.az xəbər verir ki, Aliyeə Şaqiyeva, üstəlik, əri ilə birgə çəkdirdiyi fotonu “Instagram”da yerləşdirib.
Dövlət başçısı Almazbek Atambayevin övladı Aliyə Şaqiyevanın bu addımı ölkədə birmənalı qarşılanmayıb.
“Instgram”dakı fotoya həm təqdiredici, həm də qəzəbli şərhlər yazılıb. İnsanları daha çox hiddətləndirən isə A.Şaqiyevanın rusa ərə getməsi olub.
Peşəcə rəssam olan Aliyənin izdivacına ailə üzvləri razılıq verib.
Avqustun 27-də Bişkekdəki “Skyhall” restoranının damında baş tutan toy yerli ənənələrə tam zidd keçirilsə də, dəbdəbəli düyünə yüzlərlə qonaq gəlib. Ər tərəfdən şənliyə Konstantinin doğmaları və yaxınları, gəlinin rəfiqələri, ümumən 30 nəfər qatılıb.
1992-ci ildə Bişkekdə doğulmuş Konstantinin özü proqramçıdır. Aliyə Şaqiyeva ilə dörd il əvvəl internet vasitəsi ilə tanış olub. O zaman onun 20, qızınsa 15 yaşı varmış.