Müəllim əməkhaqqıdan qanunsuz tutulmalara görə prezidentə müraciət etdi

0
3
Laçın rayonu E.Süleymanov adına Ərdəşəvi kənd tam orta məktəbinin coğrafiya müəllimi Mirzəyev Zaur Ramiz oğlu prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Moderator.az -ın məlumatına görə, müraciətdə deyilir:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Laçın rayonu E.Süleymanov adına Ərdəşəvi kənd tam orta məktəbinin coğrafiya müəllimi Mirzəyev Zaur Ramiz oğlunun
Müraciəti
Cənab Prezident!
 
Nəzərinizə çatdırıram ki, Təhsil Nazirliyi əsas gətirmədən müəllimlərin əmək haqqından əsassız şəkildə bir neçə günlük maaşı saxlamaq fikrindədir. Mən bu məsələni aydınlaşdırmaq üçün Təhsil Nazirirliyinin 146 Qaynar xətt”  xidmətinə  zəng vursamda, əsassız dəlillər gətirildi.
Cənab Prezident!
Əmək Məcəlləsinin üç maddəsini nəzərinizə çatdırmaq istəyirəm. Əmək Məcəlləsində 114-cü maddəsində deyilir:
-Aşağıdakı işçilərə ödənişli əsas əmək məzuniyyəti 30 təqvim günü müddətində verilir.
Bu maddədə pedoqoji fəaliyyətlə məşğul olan müəllimlərdən danışılmır və bu maddənin 6-cı yarımbəndində deyilir:
Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.
Bu maddədən göründüyü kimi 30 təqvim günü əmək məzuniyyətinə çıxan şəxslərə bayram günlərinə görə məzuniyyət ödənilmir.
Əmək Məcəlləsində maddə 118-ci maddəsində deyilir:
Pedoqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri
1) Aşağıdakı işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir:
b)bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa)
(Digər ixtisasdan olanları yazmağı lüzum bilmədim)
Cənab Prezident!
Əmək Məcəlləsində maddə 114-də əmək məzuniyyəti 30 təqvim günü olan işçilərə  bayrama gününə düşən günlərə görə pul ödənilmədiyi halda, necə olur ki, 56 təqvim günü əmək məzuniyyəti olan şəxslərə də şamil edilir və müəllimlər avqust ayının 26-sı deyil (5-ci gün), avqust ayının 29-u işə qaytarılır? Yəni, müəllimlər əmək məzuniyyəti 56 təqvim günü deyil, əmək məzuniyyəti 59 təqvim günü verilir. Əmək Məcəlləsində belə bir qanun yoxdur. Maddə 118-də əmək məzuniyyəti dövründə bayrama düşən günlərə görə müəllimin əmək haqqından tutulmalarla bağlı, heç bir cümlə belə yoxdur. Qurban bayramı iş günü olmadığı halda, müəllimlərə pul ödənilməli olduğu halda, Təhsil Nazirliyi Əmək Məcəlləsində maddə 105-ci maddəsini pozaraq Qurban bayramına düşən günlərin iş günü kimi məvacibini vermək istəmir. Onda gərək Əmək Məcəlləsində maddə 105-də göstərilən bütün bayram günlərinə görə müəllimlərə maaş ödənilməsin. Keçən ilki dərs ilində də iki günlük əmək haqqımız əssasız yerə verilmədi və onda ortaya belə bir sual çıxır. Qanunvericilikdə nəzərdə tutulmayan “qanunlarla” saxlanılan əmək haqqının sonrakı taleyi necə olur? Hər müəllimdən iki gün və ya indi isə 3-4 gün əmək haqqı saxlanılarsa, bu milyonlarla vəsait necə olur və hara yönəldilir?!
 
Cənab Prezident!
Sizdən artıq dərcədə bütün ümumrespublika müəllimləri adından xahiş edirəm. Bu “düşünülmüş” qanun pozuntusunu aradan qaldırasınız. Əsas göstərmədən müəllimin əmək haqqından pul tutmaq nə qədər doğrudur? Qanun qarşısında hər bir vətəndaşın boynu tükdən incədir. Sanki, referendum öncəsi müəllimlərdə olan xoş əhval-ruhiyyəni Təhsil Nazirliyində hansısa “qüvvələr” pozmaq və passivlik yaratmaq niyyətindədir. Sizdən yenə də artıq dərəcə də xahiş edirik ki, bu haqsızlığı aradan qaldırasınız…”