Hakimiyyət icazə verdi – Öcalan ailəsi ilə görüşəcək

0
3

Türkiyə hakimiyyəti ömürlük həbs cəzasına məhkum edilmiş PKK lideri Abdulla Öcalana ailə üzvləri ilə görüşməyə icazə verib.

Abdulla Öcalana onun qardaşı Mehmet baş çəkəcək. Görüşün Qurban bayramında baş tutacağı bildirilir.

Qeyd edək ki, PKK lideri Abdulla Öcalan 1999-cu ildən Mərmərə dənizindəki İmralı adasında yerləşən həbsxanada cəza çəkir.

APA.az