Türkiyədə qış vaxtı ləğv edildi…

0
1
Türkiyədə qış vaxtına keçid ləğv edildi.
Nazirlər Kabinetinin Türkiyə hökumətinin rəsmi xəbərlərində dərc edilmiş qərarına əsasən, daha saatın əqrəbləri “Günəş enerjisinin istehlakının artırılması məqsədi ilə” çəkilməyəcək.
“Nazirlər Kabinetinin 2016-cı ilin oktyabrın 30-da saat 04:00-da saatın əqrəblərinin bir saat geri çəkilməsini nəzərdə tutan 2016-cı il 14 mart tarixli “Vaxtın tənzimlənməsi” haqqında qərarı qüvvədən düşüb. 2016-cı ilin martın 27-də saat 03:00-da başlayan yay vaxtı bütün il boyu davam edəcək. Qış vaxtına keçid olmayacaq”, – Nazirlər Kabinetinin qərarında deyilir.
Qərar sentyabrın 7-də Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin təklifi əsasında qəbul edilib.