ABŞ-ın Klemens Universitetinin tədqiqatçıları bildiriblər ki, qlobal istiləşmənin ilk qurbanları kərtənkələlər olacaq.
Alimlər təhlillər nəticəsində iqlim dəyişikliklərindən ilk növbədə məhz Yerin bu canlı varlıqlarının zərər çəkəcəyini müəyyən ediblər. Alimlərin dərc olunmuş elmi məqaləsində deyilir ki, artıq 2080-ci ilədək Yer üzündə sürünənlərin 40 faizi məhv olacaq. O da qeyd olunur ki, əgər iqlim dəyişikliyi davam edəcəksə, bu, yalnız o halda baş verəcək.
Kərtənkələlər daha çox ziyan çəkəcək, çünki onlarda havanın istiliyinin tənzimlənməsi prosesi digər canlı varlıqlardan fərqlənir. Bundan başqa, bu heyvanların ətraf mühitdəki dəyişikliklərə uyğunlaşması prosesi çox ləng gedir. Həmçinin planetdə iqlim dəyişikliyi səbəbindən bitkilərin sayının kifayət qədər azalacağı da onların məhvinə gətirib çıxaracaq.