“Korrupsiyaya qarşı mübarizə haqqında” qanun dəyişir –İnformatorlar qorunacaq

0
5

Azərbaycanın “Korrupsiyaya qarşı mübarizə haqqında” qanununa korrupsiya üzrə hüquqpozmalar barədə məlumat vermə ilə bağlı dəyişiklik edilir.

Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin keçirilən iclasında müzakirə olunub.

Dəyişiklik layihəsinə əsasən, qanuna 11-1 maddənin əlavə edilməsi təklif edilir. Maddədə göstərilir ki, korrupsiya ilə əlaqadar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi verilə bilər. Dövlət və bələdiyyə orqanlarında, büdcə təşkilatlarında korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə müəyyən ediləcək.

Həmin idarə, müəssisə və ya təşkilatda çalışan işçilər korrupsiya əlaqədar hüquqpozmalarla bağlı məlumatları həmin səlahiyyətli struktur bölməyə verəcək. Səlahiyyətlli struktur bölmə ona daxil olan məlumatı qeydə aldığı gündən 20 iş günü müddətində məlumatı araşdırıb və araşdırmanın nəticəsini məlumat verən şəxsə bildirəcək.

Maddə 11-2-də isə qeyd edilib ki, səlahiyyətli struktur bölməyə korrupsiya hüquqpozması ilə bağlı məlumat verən şəxsin özünə və ailəsinə edilə biləcək hər hansı hədə-qorxu və təzyiqdən dolayı dövlət müdafiəsi müəyyən edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Report.az