Mərkəzi Bankdan qəpiklərlə bağlı açıqlama

0
3
Mərkəzi Bank qəpik pulların dövriyyədən çıxarılacağı ilə bağlı yayılan xəbərlərə şərh verib.
Bankın mətbuat xidmətindən  daxil olan açıqlamada bildirilir ki, “Metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması” ilə bağlı tender elanı bir sıra kütləvi informasiya vasitələri tərəfindən yanlış şərh edilib. Belə ki, söhbət dövriyyədən çıxan yararsız metal pul nişanlarından gedir. Hazırda metal pul nişanları dövriyyədədir və onların tədavüldən çıxarılması planlaşdırılmır.
Qeyd edək ki, metal pul nişanları artıq on ildən çoxdur ki dövriyyədədir və bu müddət ərzində təbii olaraq yararsız hala düşmüş qəpiklər Mərkəzi Bank tərəfindən mütəmadi olaraq yeniləri ilə əvəzlənir. Bildiririk ki, satın alınacaq yeni sistemlər məhz dövriyyədə yararsız hala düşərək tədavüldən çıxarılan qəpiklər üçün nəzərdə tutulur. Anoloji sistemlər yararsız hala düşmüş və tədavüldən çıxarılmış kağız pul nişanları üçün də mövcuddur.