Balakən rayonunda zəlzələ olub.
“Report”un şimal-qərb büürosunun məlumatına görə, yeraltı təkanlar rayonun Qabaqçöl qəsəbəsində saat 21:10 radələrində iki dəfə qeydə alınıb.
Yerli mütəxəssislərin fikrincə zəlzələ 5 bal gücündə olub. Tələfat olmasa da, yaşayış və inzibati binalarda çatlar əmələ gəlib.
Zəlzələ Zaqatalada da hiss edilib. Burada yeraltı təkanların 3-4 bal gücündə olub.