36 yaşlı yarımmüdafiəçi yenidən “Barselona”ya qayıdıb.
Ancaq o, Kataloniya klubuna futbolçu kimi yox, məsul şəxs kimi geri dönüb.
Verilən məlumata əsasən, “Barsa”nın ABŞ-dakı səfiri təyin olunan Ronaldinyo komanda üçün yeni istedadlı futbolçular axtarışında olacaq.
“Barselona” sentyabrın 6-da Nyu-York şəhərində yeni ofis açacaq.
Qeyd edək ki, 2003-2008-ci illərdə “Barselona”da çıxış edən Ronaldinyo 145 oyunda 70 qol vurub.(oxu.az)