ABŞ prezidenti Barak Obama G20 sammitinin keçirildiyi Xancjou hava limanında xoşagəlməz insidentlə üzləşib.
Belə ki, Ağ Evin rəhbərinin endiyi trapa qırmızı xalı açılmayıb.
Bu səbəbdən Obama ehtiyat çıxışdan istifadə etməli olub.
Bunun ardınca Obamanın köməkçisi ilə Çinin məmuru arasında münaqişə yaranıb.
Həmin məmur ABŞ prezidenti ilə uçan jurnalistlərdən hava limanında baş verən xoşagəlməz insdenti işıqlandırmamağı xahiş ediblər.
Ağ Evin nümayəndələri isə buna cavab olaraq bildiriblər ki, ABŞ öz lideri üçün qaydaları özü müəyyənləşdiir.
“Bu, bizim ölkəmizdir! Bu, bizim aeroportumuzdur!”, – deyə, amerikalılara cavab verən çinli məmur Obamanın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Syuzan Raysın qarşısını kəsib.
Lakin bu yeganə insident olmayıb.
Amerikalı jurnalistlərin bildirdiyinə görə, daha bir insident sammit öncəsi Obama və Çin rəhbəri Si Tszinpinin ikitərəfli danışıqlar apardığı rezidensiyada baş verib.
Belə ki, orada ABŞ nümayəndə heyətini müşayiət edən Çinin təhlükəsizlik işçiləri ilə bu ölkənin digər asayiş mühafizəçiləri arasında ciddi mübahisə yaranıb.
Hətta çinlilərin az qala əlbəyaxa olduqları bildirilir. Buna səbəb isə Obama və Si Tszinpinin görüşünə amerikalı jurnalistlərin məhdud sayda buraxılması olub.
Çin tərəfi zala cəmi 10 amerikalı jurnalisti buraxıb. Bu isə ABŞ tərəfinin ciddi narazılığına səbəb olub.
oxu.az