Dünən alman və kürdlərdən ibarət təxminən 1000 nəfərlik dəstə Berlinin mərkəzində federal hökumətin siyasətinə qarşı etiraz aksiyası keçirib.
Virtualaz.org-un xüsusi müxbirinin Almaniyadan verdiyi məlumata görə, onlar “Türkiyə ilə çirkli sövdələşməyə YOX!” şüarı altında Angela Merkel hökumətini Türkiyə ilə münasibətlərdə ikili standartlardan istifadə etməkdə günahlandırıblar.
Nümayişçilər bildiriblər ki, Almaniya Türkiyə ilə müqaviləyə görə, kürd icmasına münasibətdə insan hüquqlarını pozur və ona məhəl qoymur.
Aksiya insidentsiz başa çatıb.