Avropa İttifaqından Türkiyənin qarşısına qoyulan şərt:”Antiterror qanunvericiliyini dəyiş, viza rejimini ləğv edək”

0
3

Avropa İttifaqı və Türkiyə arasında viza rejiminin liberallaşdırılması ilə bağlı qərar yaxın həftələrdə qəbul edilə bilər.

Bunu Almaniyanın baş naziri Angela Merkel bildirib.

Qeyd edək ki, Türkiyə ilə Avropa İttifaqı arasında viza rejiminin ləğv edilməsi ilə bağlı əsas mübahisə mövzusu Türkiyənin antiterror qanunvericiliyi ilə bağlıdır. Avropa İttifaqı viza rejiminin ləğv edilməsi üçün Türkiyənin antiterror qanunvericiliyini dəyişməsini tələb edir.

Bundan əvvəl Avropa Komissiyasının sədri Jan-Klod Yunker bəyan edib ki, əgər Türkiyə antiterror qanunvericiliyini dəyişərsə, Avropa İttifaqı Türkiyə vətəndaşları üçün viza rejimini oktyabrın 1-dən ləğv edə bilər.  (APA)