ABŞ ilk dəfə olaraq Türkiyə ərazisindən İŞİD terror qruplaşmasının Suriyadakı mövqelərinə HIMARS raket-zenit sistemlərindən zərbələr endirib.
Bu barədə ABŞ prezidentinin İŞİD-lə mübarizə koalisiyasındakı xüsusi nümayəndəsi Brett Makqerk bildirib.
“ABŞ İŞİD-in Suriyanın Türkiyə ilə həmsərhəd ərazisində yerləşən mövqelərinə zərbələr endirib. Zərbələr bir müddət əvvəl Türkiyə ərazisində yerləşdirilən HIMARS raket-zenit sistemlərindən endirilib”, – deyə Brett Makqerk “Twitter” səhifəsində yazıb. (APA)