42 yaşlı kişi 9-cu mərtəbədən yıxılaraq öldü – Xırdalanda

0
4

Xırdalan sakini bədbəxt hadisə nəticəsində ölüb.

Abşeron rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə sentyabrın 2-dən 3-ə keçən gecə qeydə alınıb.

Xırdalan şəhərində yaşayan 42 yaşlı Tofiq Süleymanov 9-cu mərtəbədən yıxılıb. O hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

APA.az