Tofiq Qasımovun son vəziyyəti – FOTO

0
5

Azərbaycanın sabiq xarici işlər naziri, milli azadlıq hərəkatının tanınmış simalarından olan Tofiq Qasımovun sosial şəbəkədə fotosu yayılıb.

Xəyyam Qəhrəmalı adlı mühacir “facebook” istifadəçisi sabiq nazirin fotosunu aşağıdakı mətnlə paylaşıb: “Bəli, Tofiq Qasimovdur! Müstəqil Azərbaycanin qurucularındadır. Hərdən rastlaşırıq, arada bir yaxınlaşıb salamlaşıram. Dəyərini bilmədik, qürbət eldə bax beləcə qocalır, yaddan cıxır bu dəyərli insan!”.

Xatırladaq ki, T.Qasımov ailəsi ilə birlikdə xeyli müddətdir İsveçrənin Lüzern şəhərində siyasi mühacir kimi yaşayır. Moderator.az