FETÖ-nün 12 milyardlıq əmlakı dövlətin balansına keçdi

0
5

Türkiyədə məlum 15 iyul hadisələrindən sonra FETÖ qruplaşmasının nəzarətində olan toplam dəyəri 12 milyard lirədən artıq mülkə həbs qoyulub.

Bu barədə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki “Anadolu” agentliyinə müsahibəsində deyib.

Nazir bildirib ki, son 1 ay yarım ərzində dövlət xəzinəsinin balansına təşkilat mənsublarının nəzarətində olan 2514 ədəd daşınmaz əmlak verilib.

M.Özhaseki müsahibəsində Türkiyənin cənubunda və şərqindəki 7 rayonda 30 mindən artıq mənzil tikməli olduqlarını deyib və terrorçuların zərərsizləşdirilməsi zamanı yerlə-yeksan edilmiş Sur qəsəbəsinin yenidən inşa edilməyəcəyini də əlavə edib.