Dollara “qara bazar”da da limit qoyuldu

0
4

Bankların ardınca “qara bazar”da da dolların satışına limit qoyulub. Hazırda Bakıda “qara bazar”da 1000 dollardan artıq valyuta satmırlar.

Onların xidmətindən istifadə edən vətəndaşlar həmin məbləğdən artıq dollar ala bilmirlər. Eyni zamanda dolların “qara bazar”da alış-satış qiyməti də bu gün artıb. 1 dolların satış kursu 1.76 manatdır. Alış qiyməti isə 1.75 manat müəyyən edilib.

Dollar satışı ilə məşğul olanların sırası da daralır və onlar ancaq etibar etdikləri, tanıdıqları şəxslərlə “bazarlıq” edirlər. (fins.az)