Bizi gəncləşdirən məhsullar bunlardır! Diyetoloqların rəyi

0
7

Amerika diyetoloqaları orqanizmə ən güclü cavanlaşdırıcı təsir edən məhsulların siyahısını tərtib ediblər. Bu məhsullar antioksidant maddələrlə zəngindir.

Antioksidantlar orqanizmin qocalması ilə bağlı olan prosesləri ləngidir, orqanizmin daha cavan və gümrah qalmasına kömək edir.

Gəncliyimizi qoruyan əsas məhsullar bunlardır:

 

Pomidor

Pomidor antioksidant maddələrlə olduqca zəngindir. Onların tərkibində olan “likopin” adlı maddə orqanizmi hüceyrə səviyyəsində qocalmaqdan qoruyur, ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

Həmçinin pomidor təbii antidepressantdır. Pomidor orqanizmdə serotonin hormonunun ifrazını artırır və nəticədə əhval-ruhiyyə və beyinin fəaliyyəti yaxşılaşır.

Pomidor mübadilə proseslərini tənzimləyir, bədən çəkisini normada saxlamağa kömək edir.

 

Kətan yağı

Kətan yağı dərini cavanlaşdırır, saçların vəziyyətini yaxşılaşdırır.

Qadınlarda süd vəzi xərçənginin riskini və klimaksın xoşagəlməz simptomlarını azaldır.

 

Kahı

Görməni yaxşılaşdırır, immuniteti və sümükləri möhkəmləndirir.

 

Forel və siyənək balıqları

Ürəyi və beyini ziyanlı təsirlərdən qoruyur. Mətbəxi balıq xörəkləri ilə zəngin olan ölkələrdə ürək-damar sistemi xəstəliklərinə daha az təsadüf edilir.