Bu gün Bakı Apellyasiya Məhkəməsində “Texnika Bank”ın Yasamal filialının sabiq sədr müavini Elnur Seyidovun xəstəliyinə görə vaxtından əvvəl cəzadan azad edilməməsi ilə bağlı Qaradağ Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim İlqar Murquzov sədrlik edib.
Məhkəmə prosesi sentyabrın 8-ə təyin edilib.
Xatırladaq ki, Elnur Seyidov 2012-ci ilin martında “Texnikabank” işinə görə həbs edilib. Elnur Seyidov 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Elnur Seyidovun səhhətində ciddi problemlər var. O, təhlükəli xəstəliklər kateqoriyasına aid edilən dağınıq sklerozdan əziyyət çəkir.
Onu da xatırladaq ki, E.Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.