Mədət Quliyev DTX-ya uzanan “əlləri” kəsə biləcəkmi?

0
4

 

Və yaxud bir məktubun izi ilə…

 

Keçmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) tarixin arxivinə qovuşsa da, görünən odur ki, həmin nazirlik ətrafında qovğalar bir müddət sürəcək. Sabiq MTN-çiləri müdafiə etmək fikrindən çox uzağam. Belə ki, özümə və yaxınlarıma çəkdirdiklərini unutmaq çətindi. Ancaq bir çox həqiqətlərin aşkarlanması üçün səylərimi davam etdirmək-vətəndaşlıq bocumu yerinə yetirmək haqqımdır deyə düşünürəm.

 

Ötən günlərdə Gününsesi.info saytı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun keçmiş MTN-nin sabiq naziri Eldar Mahmudova ünvanladığı məktubu yayınlamışdı. Saytın yazdığına inansaq, həmin məktubu hüquq müdafiəçisi, Demokratik Qüvvələrin Milli Şurasının üzvü Oqtay Gülalıyev özünün sosial şəbəkədəki səhifəsində nümayiş etdiribmiş. Etiraf edim ki, məktub ciddi rezonans doğurduğundan geniş müzakirə mövzusuna çevrildi. Tanınmış siyasətçilər, vəkillər hakim Ənvər Seyidovu qınayan və hətta ittiham edən açıqlamalar etdilər. Qarşılığında isə ölkə ictimaiyyətinin yaxşı tanıdığı hakim özünü müdafiə etmək xatirinə, bir zamanlar “ətəyində namaz qılmağa” hazır olduğu E.Mahmudovu “goreşən” adlandırdı. Təəssüf ki, nə hakimin, nədə ki, vəkillərin ağıllarına belə gəlmədi soruşsunlar; MTN-nin nazirinə ünvanlanmış, məxfi sayılacaq məktub hüquq müdafiəçisinin, saytın əlinə necə keçib?!

enver

Maraqlıdır, elə deyimi?! Axı, məktubda bir çox əməliyyat işçisinin adı çəkilib ki, onlardan bir neçəsi hazırda Dövlət Təhlükəsizlik Xidməti sıralarında öz peşə borclarını şərəflə yerinə yetirməkdədir.Onlar Vətənə sədaqəti kimsədə şübhə doğurmayan general Mədət Quliyevin etimad göstərdiyi kadrlardan sayılırlar. Bəli, Mədət Quliyevin Vətənə, ölkə prezidentinə sədaqəti, sədaqət etalonu sayılan generallar -Bəylər Əyyubov, Kəmaləddin Heydərov, Ramil Usubovun sədaqəti ilə müqayisə olunacaq qədərdi. Şübhəsiz ki, onun həmin vəzifəyə layiq görülməsi ən uğurlu təyinatlardandır. Hələ Ədliyyə Nazirliyi Pentiensiar Xidmətinə rəhbərlik edən zaman çoxları generalın bu çətin işin öhdəsindən gələcəyinə şübhəylə yanaşırdı. Sirr deyil ki, bacardı və həmin strukturda elə yeniliklərə imza atdı ki, onlar barədə hələ uzun illər mütləq söhbətlər açılacaq. Bilirsinizmi, bu mövzuya nə üçün ətraflı toxunmaq istəyirəm?! Əlbəttə, səbəbsiz deyil…

 

 

“Məktubun ortalığa çıxarılması Dövlət Təhlükəsizliyimizə təhdid sayıla bilər”

1

2

3

 

İndi həbsxana həyatı yaşamağa məhkum edilmiş Səid Dadaşbəyli və “dəstəsi” barədə çox yazıb, onları müdafiə etməyə çalışmışam. Həyat elə rast saldı ki, onların bəziləriylə cəzaçəkmə müəssisəsində görüşüb, dərdləşməli oldum. Həbsxana elə bir yerdir ki, orada cəza çəkənlərin az bir qismi cinayətini etiraf edir. Təbii ki, günahsız məhbuslar var və bizlər bu gün məktub araşdırıb, məxfiliyin üstünə yaşıl işıq salmaq əvəzinə günahsız məhbusların dərdlərindən söhbət açşaq daha əhəmiyyətli olmazdımı?! Birmənalı söyləyirəm, hakimin məktubunun gündəmə gətirilməsi kimlərinsə hazırladığı yeni çirkin oyunun başlanğıcıdır.

 

Bir müddət öncə MTN-nin İstintaq Təcridxanasında saxlanılan qanqster Hacı Məmmədov etiraf etdi ki, onu İllər əvvəl Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun əleyhinə yalan ifadələr verməyə məcbur ediblər. Nəticə bəllidir, zamanında cinayətkarlıqla mübarizə aparmış general indi ömürlük həbs cəzası çəkir. Demək olar ki, mətbuat belə məhkumları tamamilə unudub. Mənim qənaətimə görə KİV-lərin əksəriyyəti xüsusi sifarişlə fəaliyyət göstərməyə alışqan olub. Sifariş və bir miqdar mükafat olacaqsa, Zakir Nəsirov və onun kimi bir neçə günahsız məhbus media ulduzuna çevriləcəklər.

 

Qətiyyən şübhə etməyin ki, Ə.Seyidovun sabiq nazirə ünvanladığı məktub xüsusi sifarişlə ortaya atılıb. Məqsəd general Mədət Quliyevi hörmətdən salmaqdı… İndi bir çoxları sevincək şayiə yayır ki, “görün, DTX-a nə günə qalıb ki, məxfi məktublar hüquq müdafiəçilərinin,saytların əlində gəzir”. Əgər, bunu DTX-nın daxilindən ötürüblərsə çox pis, onda kim zəmanət verə bilər ki, dövlətimizin təhlükəsizliyi üçün böyük önəm daşıyan məxfi yazışmalar məsuliyyətsiz birilərinin əlinə keçməyəcək?

Böyük ehtimalla bəlli məktubu “kserokopiya”edib ,saytlara ötürənlər, intiriqaları sevməyən, yalnız ona tapşırılmış vəzifəni ləyaqətlə icra etməyə andlı olan general M.Quliyevin yeni vəzifəsini qısqanclıqla qarşılayanlardı. Daha dogrusu, hələ də şirin yuxularında generala layiq görülmüş kreslonun xiffətini çəkənlərdi. O şəxslərin ki, zamanında E.Mahmudovun ürəyini “ovlamağı” bacarmış, lakin onun ilk baxışda sərt və möhkəm görünən, lakin, gerçəkdə zəif, yumşaq xarakterindən istifadə edib, kürəyinə “xəncər” saplamağı bacarmışdılar.

 

Nə üçün Gününsəsi..?

1

 

Jurnalistikanın yazılmamış qanununa uygun olaraq bir müddət əvvəl azadlığa qovuşmuş Gününsəsi.info saytının rəhbəri Pərviz Həşimli barədə yazmaq istəməzdim. Ancaq nə etmək olar, o, ard-arda yanlışlıqlara imza ataraq özü buna şərait yaratdı. Əvvəla, keçmiş MTN-nin sabiq nazir müavini Hilal Əsədovun xanımıyla münaqişə yaratmaqla özünü gülünc duruma saldı. Baxmayaraq ki, sabiq nazir müavininə patoloji nifrətim var, ancaq onun xanımı və sürücüsünə qarşı edilənləri həbsxana həyatı yaşamış jurnalistə yaraşdırmadım. Düşünürəm ki, jurnalistlə xanım arasında yaşanmış insidentin təsadüfi olduğuna kimsə inanmayıb. Hətta barəsində cərimə tədbiri görüldükdən sonra P.Həşimli pafosla bəyan edir ki, H.Əsədovla sona qədər mübarizə aparacaq. Buna ehtiyac duyulurmu? Sabiq nazir müavini vurulub, bununla belə ömrünün ən çətin anlarını yaşamaq zorundadır. Etdiyi cinayətlərə, qanunsuzluqlara, xəyanətlərə görə elə güclü rəqiblər qazanıb ki, Pərvizin haray-həşiri bunların fonunda vızıltıdan savayı nəyəsə bənzəmir. Görünən odur ki, sayt rəhbəri kimlərinsə qarşısında öhdəlik götürüb və diqqət çəkmək üçün yersiz canfəşanlıq etməklə bir çox açıqlar buraxır. Yeni yaranmasına baxmayaraq, Gününsəsi.info saytı deyəsən “zırpı-zırpı” informatorlar cəlb edə bilib. MTN “işi”ylə bağlı ilk mənbədən, demək olar ki, dərhal informasiya ala bilir. Hansı təqsirləndirilən generalın hansısa iş adamıyla üzləşdirilməsi bir andaca istintaq sirri əhəmiyyətini itirməklə, sayt tərəfindən informasiya dövriyyəsinə buraxılır. Burada bir deyim yerinə düşər; saytda fərasətə bax!

Ən maraqlısı odur ki,adı müxtəlif iqtidar nümayəndələriylə dəfələrlə hallanmış P.Həşimli hələ də AXCP sədri Əli Kərimlinin sevimli cəbhəçilərindən sayılır. Bu həmin Ə.Kərimlidir ki, günahı mənimlə birgə çay süfrəsi arxasında əyləşmək olan onlarla AXCP üzvünü xəyanətdə suçlayaraq təşkilatdan çıxarılmasına imza atıb. İndi necə olur ki, P.Həşimli hər məclisdə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri, millət vəkili Cavid Qurbanov, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev və onun qardaşı, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyevlə dostluq münasibətlərini bəyan edir, Ə.Kərimli isə bunlardan xəbərdar ola-ola Pərvizi AXCP-dən yola salmağa çalışmır. Bütün halarda Pərvizin imkanlı dostlarının olması inandırıcı görünür və Ə.Kərimli də həmin münasibətləri təqdir etməmiş deyil. Əks təqdirdə P.Həşimli nəinki AXCP tərəfindən müdafiə olunar, çoxdan xəyanətdə suçlanaraq partiyadan qovulardı…

1

2

 

Bəli, o da sirr deyil ki, həbsxanadan çıxar-çıxmaz P.Həşimli Yasamal rayonu ərazisində, “Tri Korona” yaşayış kompleksinin yaxınlığındakı tam təmin edilmiş ofisində fəaliyyətini bərpa edə bilir. Bu dəfə yeni saytı ərsəyə gətirmək də çətin olmur. Sükanını idarə etdiyi “Toyota Prado” markalı avtomobilinə uzun illərin siyasətçiləri, qəzet redaktorları həsədlə baxmamış deyillər. Əli o qədər “uzun” olub ki, cəbhə bölqəsində əsgəri xidmət keçən qardaşını Səngəçal yaxınlığına köçürdə biməsinə dostları da təəccübləndiklərini söyləyirlər.

 

Əlbəttə, dostlar baş verənləri sakitcə izləyə bilməyib, nələr baş verir?- sualına aydınlıq gətirməyə çalışacaqlar. Belə ki, P.Həşimli günün-günorta çağında Dərnəgüldə yerləşən, adlı-sanlı şirkətdən ən bahalı mebel dəstini hədiyyə almağı bacaracaq qədər irəliləyə bilib. Şirkətin kimlərə, hansı qardaşlara məxsus olduğu məlum olsa da, hələlik açıqlamağı lazım bilmirik. O da yaddan çıxmayıb ki, həbsxanadan azadlığa yenicə çıxmış P.Həşimli Avropa turuna çıxmağı da bacardı. Görünən odur ki, “yetənə yetib,yetməyənə bir daş atmağa” adət etmiş sayt rəhbəri lazımınca himayə olunur, özünü o qədər güvənli hiss edir ki, tez-tez səyahət etdiyi Gəncədə “avtoş”luq etməkdən də çəkinmir. Bununla belə ortalığa bir sual çıxır; görəsən, bir neçə il öncə jurnalisti həbs edən MTN-çilər onun nüfuzlu iqtidar yetkililəriylə əlaqəsini dəqiq müəyyən ediblər?! Fakt dəqiqdirsə, onda P.Həşimli keçmiş MTN-nin, indi isə DTX-nın müstəntiqi vəzifəsini daşıyan Elşən Murtuzovdan nə istəyir? Axı E.Murtuzov heç də E.Mahmudovun kadrı olmamış, daha öncə MTN-ə rəhbərlik etmiş, təcrübəli Namiq Abbasov tərəfindən görəvləndirilmişdir. Böyük ehtimalla cənab M.Quliyev də onun peşəkarlığını nəzərə alaraq, DTX-da xidmətini davam etdirməsini məqsədəuyğun hesab etmişdir.

 

Mədət Quliyev DTX-ya uzanan “əlləri” kəsə biləcəkmi?

 

Birmənalı söyləyə bilərəm ki, cənab Mədət Quliyev nəinki DTX-nın işinə müdaxilə etmək istəyənlərin, hətta iqtidarın önəmli postlarında əyləşib, ustalıqla xəyanətə imza atanların, bununla öz çirkin məqsədlərinə yetişmək istəyən bir çoxlarının planlarını pozub, ifşa olunmalarına mütləq nail olacaq. Generalın kifayət qədər sədaqətli, cəsarətli olması bunu əminliklə söyləməyə əsas verir. Təəssüf ki, sabiq nazir Eldar Mahmudov ətrafına soxulmağı bacarmış cinayətkar ünsürlərin fitnə-felinə uyaraq, zamanını ölkənin ən vicdanlı, ölkə prezidentinə xüsusi sədaqətləri ilə seçilən şəxsiyyətlərlə “mübarizə”yə sərf etdi. O, özünün etimad göstərib, müavinlik kürsüsünə əyləşdirdiklərinə açıq-aşkar uduzdu. Hələ 2010-cu ildə bu mövzuya toxunub, onu ayıq-sayıq olmağa dəvət etmişdim. Etinasız yanaşdığına rəğmən, növbəti yazılarımdan birində onu daxili çəkişmələrin əsiri, məğlubu kimi istefa verməyə çağırmışdım. O zaman çoxları düşünürdü ki, E.Mahmudovun “enli kürəyi” arxasında ölkənin təhlükəsizliyi tam təminatlıdır. Belə deyilmiş, nəticə göstərir ki, dəmir qapı kimi görünən kürəyi xəyanət üçün məqam axtaran, güvəndiyi müavinlərinin arxadan “xəncər” saplamaqlarına yararlıymış. Təsəvvür etmək çətin deyil, zamanında onun müavini olmuş biri, ölkənin ən imkanlı oliqarxlarının həsəd aparacaq biznes-iqtisadi imperiya qurmağa qədər irəliləyə bilib…

Ramiz Tağıyev

Ardı var…