ABŞ Türkiyənin təcili hava dəstəyi istəyinə niyə cavab verməyib? –Suriyada gərgin anlar

0
5

Türkiyə ilə ABŞ arasında Suriya məsələsində ciddi gərginlik yaranıb və bu, hər keçən gün daha da artır.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki,Türkiyə Silahlı Qüvvələri dünən Suriyada gərgin anlar yaşayıb və bu zaman  ABŞ-dan təcili dəstək istəyib. Ancaq ABŞ yetkliləri bu çağırışa zamanında cavab verməyiblər:

“ABŞ Suriyanın Cerablus bölgəsində dünən İŞİD-in şiddətli hücumuna məruz qalan Türkiyə ordusu və Azad Suriya Ordusuna (ASO) əvvəldən söz verdiyi hava dəstəyini göndərməyib.

ASO-dan verilən məlumata görə, dünən Türkiyə vaxtı ilə saat 19.00-da İŞİD terroristləri eyni vaxtda türk və ASO ordusunu müxtəlif cəbhələrdən raket və digər ağır silahlarla yaylım atəşə tutublar. Bu zaman Türk Silahlı Qüvvələri İncirlik hərbi bazasında olan və havada kəşfiyyat uçuşları həyata keçirən ABŞ-ın liderliyindəki koalision güclərindən təcili dəstək istəyib. Ancaq Türkiyə-ABŞ arasındakı planlamaya görə, söz verilən saatlarda  Amerikanın verməli olduğu hava dəstəyi göndərilməyib”.

Məlumata görə, müxtəllif bəhanələrlə ABŞ yetkliləri 1 saat Türkiyənin israrlı istəyinə cavab verməyiblər: “Bundan sonra Türkiyə Silahlı Qüvvələri öz qırıcılarını havaya qaldıraraq, İŞİD hədəflərini dəqiqliklə vurdular. Məhz bu bombardmandan 3 saat sonra ABŞ-ın nəzarətində olan qırıcılar atəş bölgəsinə daxil oldu. Onlar türk qırıcılarının məhv elədiyi hədəflərə yaxın olan boş ərazilərə bomba ataraq, çıxıb getdilər”.

ASO-dan verilən məlumata görə, ABŞ Türkiyəyə verdiyi sözü tutmalı idi: “Həmin atışmada yaralananlar oldu. Daha çox itki verə bilərdik. ABŞ razılaşmaya görə, hava dəstəyini vermək zorundaydı. Ancaq bizi ortada qoydular…”.

Xatırladaq ki, İŞİD-in bəhs edilən dünənki hücumu zamanı Türkiyənin bir tankı vurulub, 3 əsgəri yaralanıb.