Türkiyə Suriya kürdləri ilə atəşkəs barədə razılığa gəlməyib.
Bu barədə Reuters-ə avqustun 30-da axşam Suriya üsyançılarının dairəsindən olan mənbə məlumat verib.
Onun sözlərinə görə, hazırda tərəflər hərbi əməliyyatlara, sadəcə olaraq, fasilə veriblər.
Xatırladaq ki, bir az əvvəl ABŞ Ankara və Suriya kürdlərinin hərbi qüvvələri arasında barışıq sazişi bağlanması barədə məlumat yaymışdı.