Kim Çen In iki məmuru kütlə qarşısında zenit qurğusu ilə parça-parça etdirdi

0
6

Şimali Koreya diktatoru Kim Çen Inın əmri ilə Pxenyanda kütlə qarşısında iki yüksək rütbəli məmur edam edilib.

Virtualaz.org xəbər verir ki, bu haqda Cənubi Koreya mənbələri bildirir. Məlumata görə məmurlar zenit qurğusu ilə güllələnib və parça-parça edilib.

Söhbət kənd təsərrüfatı naziri Xvan Mindən və təhsil nazirliyinin əməkdaşı Ri Yon Çjindən gedir. Təxmin edilir ki, məmurlardan birincisi rəhbərin xoşuna gəlməyən siyasi təşəbbüslə çıxış edib və Kim Çen In bunu özünə qarşı “çağırış” kimi qarşılayıb. İkinci məmur isə rəhbərin çıxışı zamanı əsnəyib. Bildirilir ki, Çjini yerindəcə həbs ediblər və dindirmədən sonra korrupsiyada ittiham ediblər.

Mənbələr bildirir ki, bu, Kim Çen Inın kütlə qarşısında həyata keçirdiyi ilk edamdır. Bundan əvvəl də Şimali Koreyada rəhbərin gözündən düşən məmurları zenit pulemyotu ilə güllələyirdilər və ya topun qabağına verirdilər. Lakin bunu kütlə qarşısında etmirdilər.